Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft cüzi ucuzlaşıb

Baxış: 328



Dünya bazarlarında “qara qızıl”ın qiymətində cüzi eniş qeydə alınıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,21% ucuzlaşaraq 1 bareli 96,45 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 90,56 ABŞ dolları təşkil edib.
Ucuzlaşmaya İrandan neft tədarükünün bərpa perspektivləri səbəb olub. Yaxın zamanda Vyanda İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. İran nüvə proqramından imtina edəcəyi təqdirdə rəsmi Vaşinqton bu ölkədən neft ixracına tətbiq edilən sanksiyaları aradan qaldıra bilər. Tərəflər arasında razılıq əldə olunarsa İran 8-10 ay ərzində gündəlik neft hasilatını təqribən 1 milyon barel artıra bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.