Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa Mərkəzi Bankı Aİ ölkələrinin dövlət istiqrazlarını aktiv şəkildə alır

Baxış: 337
“Avropa Mərkəzi Bankı (ECB) iqtisadi qeyri-müəyyənlik və artan faiz dərəcələri fonunda Avropa İttifaqının (Aİ) ən həssas ölkələrinə dəstək olmaq üçün bu dövlətlərdən milyardlarla avroluq dövlət istiqrazları alıb”.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr bildirib ki, ECB mart ayında təcili istiqraz alışı proqramını bitirib, lakin emitentlərdən alınan vəsaitləri yenidən investisiya etməyə davam edir: “İyun və iyul aylarında tənzimləyici İtaliya, İspaniya və Yunanıstanın dövlət istiqrazları bazarına 17 milyard avro maliyyə vəsaiti buraxıb”.
Ümumiyyətlə, Avropa Mərkəzi Bankı avrozonanın daha çox və daha az zəngin iqtisadiyyatları arasında genişlənən uçurumun qarşısını almağa ümid edir

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.