Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səudiyyə Ərəbistanı neft qiymətlərini artırır

Baxış: 191
Səudiyyə Ərəbistanı gələn aydan ABŞ-a və Asiya ölkələrinə ixrac etdiyi neft markalarının qiymətlərini artıracaq.
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dan olan alıcılar üçün “Arab Light” markası 0,5 ABŞ dolları baha başa gələcək, onun qiyməti “Argus Sour Crude Index”nin kotirovkalarından 6,15 ABŞ dolları çox olacaq.
Asiya ölkələrinə tədarük edilən “Arab Light” markası da 0,5 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 9,8 ABŞ dolları baha satılacaq. Həmçinin “Arab Extra Light” markalı neft 0,3 ABŞ dolları bahalaşacaq.
Bununla yanaşı, Avropanın şimal-qərbi və Aralıq dənizi hövzəsi üçün qiymətlər müvafiq olaraq 0,6və 0,4 ABŞ dolları azalacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.