Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: "Avstriya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərimi əsirgəməyəcəyəm"

Baxış: 199
“Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm”.
“Sahibkartv.az” xəbər verir ki, bunu səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayan səfir Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacib olduğunu bildirib.
Eyni zamanda, diplomat Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcəyini vurğulayıb. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.