Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycanda yeni avtomobillər iyulda bahalaşıb"

Bu ilin iyul ayında Azərbaycanda yeni avtomobillər 2% bahalaşıb, köhnə avtomobillərin qiymətləri isə dəyişməyib.
Bunu açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, bahalaşmaya səbəb dünyada logistika xərclərinin artmasıdır.
Bundan başqa, ekspert deyib ki, ötən ay Azərbaycanda avtomobil satışı əvvəlki aya nisbətən bir qədər az olub: "Azalma həm birinci əl, həm də ikinci əl avtomobil bazarında yaşanıb. İyulda həmişəki kimi birinci əl avtomobil bazarında krossover və mini krossoverlər daha çox satılıb. İkinci əl avtomobil bazarında mühərrik həcmi 1 500 kub santimetr civarında olan sedan və heçbek tiipli avtomobillərə üstünlük verilib".
"Bu ayın sonuna qədər bazarda aktivlik aşağı olacaq. Gələn aydan aktivlik yüksəlməyə başlayacaq. Bu proses Azərbaycanın avtomobil bazarına xas olan bir haldır. Mövsümlə əlaqədar həmişə belə olur. Eyni zamanda payızdan ölkədə müxtəlif marka avtomobillərin yeni modellərini görə biləcəyik. Xüsusən də mini krossoverlərin daha çox artacağını gözləyə bilərik”, - deyə E.Cəfərov əlavə edib.


Tarix: 4-08-2022, 20:46 Oxunub: 94


Bölməyə aid digər xəbərlər