Bunu “sahibkartv.az”a müsahibəsində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqqı 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək:
"İlk öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Əvvəla qeyd edim ki, baza sığorta haqqı, yəni 50manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.
Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.
Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.
Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir", - Z. Əliyev bildirib.
Mərkəzi Bankın avto-icbari sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz avto-icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur.
"Nəticədə siz avto-icbari sığorta əldə etdiyiniz zaman onu hansı sığortaçıdan alacağınızın fərqi olmur. Çünki, qəza halında zərəçəkən tərəf siz olduğunuz halda hansı sığortaçı ilə üzləşəcəyinizi təxmin edə bilmirsiniz. Və ya əksinə, medalın o biri tərəfinə baxsaq, sığortaçı ödənişi öz müştərisinə ödəmədiyinə görə müştəri məmnunluğu onun hədəfindən kənarda qalmış olur", - Baş direktor vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Azərbaycanda avtomobillərin icbari sığortası necə hesablanacaq?
Bölməyə aid digər xəbərlər
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqının yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanacaq, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.
Tarix: 4-08-2022, 13:02 Oxunub: 134
Bölməyə aid digər xəbərlər
9-06-2022, 14:20
Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
4-05-2022, 21:48
"İcbari sığorta tariflərinə və təminatlara yenidən baxılması məqsədəuyğundur" - MÜSAHİBƏ
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
23-03-2022, 12:04
"Azərbaycanın sığorta şirkətləri qiymət artıra bilər"
22-01-2022, 22:15
Güzəşt bitdi, keyfiyyət yüksələcək? – ARAŞDIRMA
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
9-07-2021, 09:19
"150-200 manat ödənildiyi halda, fermer 5000 manatdan artıq vəsait əldə edib" - MÜSAHİBƏ
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-01-2021, 14:37
Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
13-12-2020, 11:49
Aqrar Sığorta Fondu əkin sahəsi və məhsulları necə sığortalayacaq?
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO