Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Gəncə Avtomobil Zavodu” xalis mənfəəti 4 dəfəyə yaxın azalıb

Baxış: 312
“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2021-ci ili 2 milyon 22 min manat xalis mənfəət ilə başa vurub. GAZ 2020-ci ili 7 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,“Gəncə Avtomobil Zavodu”nun 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 3,7 dəfə azalıb.
SAHIBKARTV.az xəbər verir ki, “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 2020-ci ildə 98 milyon 935 min manat ikən, 2021-ci ildə 84 milyon 867
Ötən il “Gəncə Avtomobil Zavodu”nun cəmi gəlirləri 84 milyon 867 min manat, cəmi xərcləri 82 milyon 845 min manat təşkil edib. 
31 dekabr 2021-ci il tarixində GAZ-ın cəmi aktivləri 97 milyon 722 min manat olub ki, bu da illik müqayisədə 20,3 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 29,3% artaraq 66 milyon 97 min manata, balans kapitalı isə 5,1 % artaraq 31 milyon 625 min  manata çatıb.
Xatırladaq ki, GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında GAZ işə düşüb və müəssisədə ilk avtomobil yığılıb. Onun nizamnamə kapitalı 3 milyon 573 min manatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.