Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: “Özbəkistan, Azərbaycan və Türkiyə regionda nəqliyyat layihələrini dəstəkləyir”

Baxış: 172
“Üç ölkə öz arasında və bütövlükdə regionda əlaqələri yaxşılaşdıracaq bütün birgə nəqliyyat infrastrukturu layihələrini fəal şəkildə dəstəkləyir”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə - sənaye, ticarət, turizm, nəqliyyat sahələrində əməkdaşlıq üçün bütün praktiki imkanları dəstəkləmək niyyətindədirlər: “Onlar bu məqsədlə bütün mövcud variantlardan, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, Azərbaycan və Türkiyənin beynəlxalq dəniz limanlarından, həmçinin “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərindən istifadə etmək istəyirlər”.
Nazir vurğulayıb ki, tərəflər Özbəkistanın Termez-Məzari-Şərif-Kabil-Pişəvər (Özbəkistan-Əfqanıstan-Pakistan) dəmir yolu xəttinin tikintisi ilə bağlı təşəbbüsünün əhəmiyyətini vurğulayıb, həmçinin Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu xəttinin tikintisinə dəstəyini ifadə ediblər”.
O bildirib ki, xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən ilk görüşü ölkələr arasında davamlı inkişafı təmin etmək üçün birgə fəaliyyət göstərməyin və praktiki nəticələrə nail olmağın vacibliyini təsdiqləyib: “Nəticədə birgə fəaliyyətin əsas istiqamətlərini və tərəflərin prioritetlərini müəyyən edən Daşkənd Bəyannaməsini imzaladıq”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.