Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda buğda ilə bağlı dövlət standartı dəyişdiriləcək

Baxış: 216
Dünya bazarında və regionda taxılın tədarükündə yaranmış çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə ölkəmizdə tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun, həmçinin Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.
İclasda “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.
Dövlət standartında edilən dəyişikliklər ölkəyə idxal olunan ərzaqlıq buğdanın seçim imkanlarının və tədarük potensialının genişləndirilməsinə şərait yaradacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.