Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

EBRD "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə zəmanətsiz kreditin ayrılmasını planlaşdırır

Baxış: 315



Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında danışıqlar gedir.
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, danışıqlar son mərhələdədir: "Danışıqlar uğurla nəticələnsə, bank tərəfindən ASCO-ya əhəmiyyətli miqdarda kreditin dövlət zəmanəti olmadan ayrılması nəzərdə tutulur.
Bu da öz növbəsində nəqliyyat-logitika ehtiyyaclarımızın, yəni Xəzərdə yeni gəmilərimizin tikintisi, digər hövzələrdə müəssisənin fəaliyyət göstərdiyi donanma artırılma imkanlarını gücləndirəcək".
Xatırladaq ki, hazırda Xəzər dənizində və xarici sularda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"yə məxsus 200-dən artıq gəmi üzür.
2021-ci il ərzində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 106 müxtəlif tipli gəmi təmir olunub. Təmir olunan gəmilərdən 40-ı “Zığ” GTTZ-nin, 66-sı “Bibiheybət” GTZ-nin payına düşüb.
Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 9-u əsaslı, 18-i tərsanə, 13-ü cari təmir edilib. Bunlardan 33-ü ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 2-si İstehsalat Xidmətləri İdarəsinə, 3-ü Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.
“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 18-i əsaslı, 35-i tərsanə, 13-ü cari təmir olunub. Bu üzən vasitələrin 61-i ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i isə kənar təşkilatlara aiddir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.