İndoneziyada kokos qabığından biokömür istehsalına başlanıldı
22:14 / 10-04-2025
İngiltərədə gənclər üçün sosial sahibkarlıq fondu yaradıldı
21:42 / 10-04-2025
Ailə təsərrüfatları “mini pendir fabrikləri”nə çevrilir
21:30 / 10-04-2025
Uşaqlar üçün kənd təsərrüfatı düşərgələri populyarlaşır
21:21 / 10-04-2025
Kənd mədəniyyəti və sahibkarlıq festivalı keçirilir
20:44 / 10-04-2025
Çində kənd məktəbləri üçün AI əsaslı tədris platforması hazırlanıb
20:30 / 10-04-2025
Norveçdə məktəblərdə iqlim sahibkarlığı tədris olunur
20:25 / 10-04-2025
Almaniyada süni intellekt həkimləri təkmilləşdirir
19:49 / 10-04-2025
Yerli toxum bazarı kənd iqtisadiyyatını gücləndirir
19:30 / 10-04-2025
Kənd qadınları üçün pulsuz biznes akseleratoru istifadəyə verildi
19:19 / 10-04-2025
Gənc dizayner plastik tullantılardan geyim brendi qurdu
18:52 / 10-04-2025
ABŞ-da tibb tələbələri üçün innovasiya inkubatoru fəaliyyətə başladı
18:30 / 10-04-2025
Yaşlılar üçün texnoloji sahibkarlıq kursları keçirilir
18:20 / 10-04-2025
“Virtual kənd bazarı” fermerləri birləşdirdi
17:39 / 10-04-2025
Fransız startapı insan emosiyalarını analiz edən mobil tətbiq təqdim etdi
17:18 / 10-04-2025
Tələbələr üçün “rəqəmsal kənd təsərrüfatı” təhsili tətbiq olunur
16:44 / 10-04-2025
Yaponiyanın kəndlərində “robot fermerlər” məhsuldarlığı ikiqat artırdı
16:21 / 10-04-2025
Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir
16:00 / 10-04-2025
Günəş enerjili klinika minlərlə həyat xilas edir
15:47 / 10-04-2025
Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
15:30 / 10-04-2025
Finlandiyada məktəblilər 3-cü sinifdən biznes plan hazırlayır
15:17 / 10-04-2025
Qəhvə dənələrinin gücü: Kolumbiyalı qadın fermer dünya bazarına çıxdı
15:00 / 10-04-2025
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
14:48 / 10-04-2025
“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı
14:22 / 10-04-2025
Tramp: İrana qarşı hərbi əməliyyatlara İsrail rəhbərlik edəcək
13:48 / 10-04-2025
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
13:43 / 10-04-2025
Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
13:18 / 10-04-2025
Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
11:35 / 10-04-2025
“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
11:30 / 10-04-2025
“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
11:22 / 10-04-2025
Danışıqlar 30 dəqiqə sonra başlayır...
10:38 / 10-04-2025
Xam pambığın satınalma qiyməti fermerləri qane etmir
Belə getsə, bu strateji sahəyə maraq azala bilər
Pambıq bitkisini körpə uşağa oxşadırlar. Deyirlər, körpə uşağa necə diqqət, nəvaziş göstərir, bəsləyirsənsə, pambığa da gərək elə qayğıkeşliklə yanaşasan, əks halda ümidin doğrulmayacaq. Nə isə əlavə etməyə ehtiyac yoxdur, yerinə düşən bənzətmədir.
Pambıq əkib-becərən fermerlər, torpaq mülkiyyətçiləri şumu apardıqdan, çiyidi torpağa səpəndən pambığı yığıb qurtaranadək hər gün sahələrdə olurlar. Toxum cücərib torpaqdan baş qaldırdıqdan sonra bitkinin inkişafına mane olan alaq otları mütləq vaxtında təmizlənməlidir. Bu da kətmənləmə qaydasında görülür. İlkin vaxtlarda, yəni aprel və may aylarında havalar nisbətən sərin keçərsə, bəzi sahələrdə təkrar əkin aparmaq, bir çox sahələrdə tripis-mənənə xəstəliyi yayılarsa, dərmanlama işi həyata keçirmək lazım gəlir. Amma tələsməyin, qarşıda daha vacib işlər var. Cərgələr arasında kultivasiyanı lazım olan vaxtda etməsən, bitkilərin dibi yaxşı yumşaldılmadığından onlar inkişafdan qalacaq. Suvarma isə daha mühüm şərtdir. Belə bir deyim də var: "Pambığın ayağı suda, başı günəşdə olmalıdır". Bu mənada onun suyunu gecikdirsən, bitki gücdən düşərək üstündəki bar orqanlarını - gül-darağı buraxacaqdır. Eləcə də yemləmə gübrəsi vaxtında, lazım olduğu qədərində və qaydasında verilməlidir. Kollar üstündə əmələ gələn bar orqanlarını, qozaları sovka adlı həşəratın yeyərək məhv etməsi təhlükəsi də hər an gözlənilir. Bu zaman kollar sovkaya qarşı dərmanlanmalıdır. Bu və digər tədbirlər kompleks becərməyə daxil olan aqrotexniki şərtlərdir. Kompleks becərmə isə bitkinin inkişaf fazalarına uyğun tətbiq edilməlidir. Vegetasiya dövründə kompleks becərmənin 4-5, bəzən 6 dəfə aparılması lazım gəlir. Nəhayət, pambıq yetişəndən sonra kolların dərmanlanaraq yarpağının tökülməsi və məhsulun yığılması, habelə təhvil verilməsi prosesinin başa çatması ilə fermer, mülkiyyətçi mövsümi işini tamamlayır.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Sadalanan bu işlərin hər biri ağır, gərgin zəhmət tələb edir. Hər hansı aqrotexniki tədbir vaxtında görülmədikdə əkinçi hövsələdən çıxır, əsəbiləşir. Xüsusən su qıtlığı pambıqçının ən yaralı yeridir. Üstəgəl, bütün bu işlərin qızmar günəş altında, 35-40, bəzən 42 dərəcə istidə görüldüyünü düşündükdə pambığın -"ağ qızıl" adlı məhsulun hansı zəhmətlər bahasına başa gəldiyini təsəvvür etmək çətin deyil.
Heç şübhəsiz ki, belə zəhmətin əvəzində pambıq əkinçisini qazancı maraqlandırmalıdır. Təxminən 5-6 il öncə pambıq əkənlər yaxşı qazanc əldə edirdilər. Bu da onunla bağlı idi ki, şirkətlərin fermerlər üçün gördüyü işlərin qiyməti indikinə nisbətən aşağı idi. Məsələn, 2020-ci illə 2022-ci illərin qiymət fərqini Neftçala rayonu üzrə nəzərdən keçirək: 1 hektar üçün 1-ci şumun qaldırılması 2020-ci ildə 33 manatdan 2022-ci ildə 40, müvafiq qaydada mala çəkmək 16 manatdan 18, çiyid səpini 12 manatdan 15, kultivasiya 14 manatdan 16 manata qaldırılmışdır. Digər işlərin görülməsində də artım var. Pambığın maşınla yığılmasındakı fərqin bu il 1-ci növ üçün 650 manat əvəzinə 750, 2-ci növ üzrə 630 manat əvəzinə 730, 3-cü növə görə 590 manat əvəzinə 690, 4-cü növ üçün 550 manat əvəzinə 650 manat olacağı gözlənilir. Təbii ki, bu artımlar təkcə Neftçala rayonu üzrə deyil. Pambıqçılıqla məşğul olan digər rayonlarda da vəziyyət aşağı-yuxarı eynidir.
Bəs xam pambığın satınalma qiymətində necə, artım varmı? Demək olmaz ki, yoxdur, var. Pambıq istehsalı ilə məşğul olan şirkətlər tərəfindən son illər qiymət iki dəfə hər kiloqrama görə 5 qəpik artırılaraq 75 qəpiyə çatdırılmışdır. Amma artan xərclər nəticəsində pambığın maya dəyərinin yüksəlməsi ilə müqayisədə bu, çox azdır və o üzdən torpaq mülkiyyətçilərini, fermerləri razı salmır.
Oqtay Səmədov, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, fermer:
- Ağlım kəsəndən pambıq sahəsində olmuşam. Hələ orta məktəbdə oxuyarkən yay aylarında kəndimizdəki kolxozun pambıq tarlalarında müxtəlif işlər görərdik. Orta məktəbi bitirib Salyan Kənd Təsərrüfatı Texnikumunun Mexanizasiya şöbəsinə daxil oldum. Oranı bitirdikdən sonra kolxozda mütəxəssis kimi əmək fəaliyyətinə başladım. Müxtəlif sahələrdə çalışdım. Sovet hökuməti dağılandan sonra bir müddət işsiz qaldım. Nəhayət, 1996-cı ildən torpaq islahatında aldığım pay torpağını becərməyə başladım. Vaxt keçdikcə əlavə torpaqlar da alıb təsərrüfatımı genişləndirdim, taxıl, yonca, bostan-tərəvəz əkib-becərdim. Amma pambıqçılığı heç vaxt yaddan çıxarmadım. Çünki pambıq sərfəli olmaqla bərabər, həm də digər bitkilər üçün yaxşı sələfdir, torpağı safa çıxarır. İki il bundan əvvələdək pambığın qiyməti bizim üçün qaneedici idi. Lakin son bir-iki ildir ki, pambığın maya dəyəri artıb. Düzdür, pambığın satınalma qiymətini iki dəfə 5 qəpik-5 qəpik artırıblar, ancaq bu azdır. Pambığın kiloqramının qiyməti ən azı 1 manat olmalıdır.
Zabit Dadaşov, Neftçala rayonunun Qaralı kənd sakini, torpaq mülkiyyətçisi:
- Pambıqçılıq çətin işdir. Gərək diqqətin həmişə üstündə olsun. Bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görməsən, yüksək məhsul götürmək mümkün deyil. Son iki ildə su ilə bağlı yaranan problemlər işimizə xeyli ziyan vurub. Pambığı da gərək vaxtında suvarasan, yoxsa kolların üstündəki bar məhv olub gedir. Builki işləri indiyə kimi birtəhər yola vermişik. Ancaq son 15-20 gündə Kür çayında suyun azalması işlərimizə yenidən əngəl törədib. Kürdə su azalanda, Xəzərin şor suyu Kürə daxil olur. Şor su ilə isə pambığı suvarmaq mümkün deyil, çünki bitkilər yanır, torpaq şorlaşır. Belə olan halda hətta qoyduğun xərci götürmək mümkün olmur. Pambığın becərmə işlərinin bahalaşması da işlərimizi çətinləşdirib. Bu cür davam etsə, gələn il pambıq əkənlərin sayı azala bilər.
Lətif Cəfərov, Biləsuvar rayonunun Təzəkənd kənd sakini, fermer:
- Yaşım 85-i adlayıb. 70 ilə yaxındır pambıqçılıqla məşğulam. Sovet quruluşu dağılandan sonra - 1990-cı illərdə çox adam pambıqdan üz döndərəndə mən onu əkib-becərdim. Buna görə də mənə hətta "pambıq Məcnunu" deyirlər. Pambığı boş yerdən sevmirəm. Qazanc gətirən bitkidir, camaat üçün iş yeridir. Həm də dövlətə lazımdır, nahaq yerə ona strateji məhsul demirlər. Gəl ki, çox zəhmət tələb edir. Gərək uşaq kimi qayğısına qalasan. İndiki zamanda hamını gəlir maraqlandırır. Keçən ilə qədər müqavilə bağladığım "MKT" MMC-də görülən işlərin qiyməti bizə sərf edirdi. Lakin bu il qiymətlər hər sahədə birdən-birə artıb. Baxaq görək mövsümün sonunda necə olacaq.
Hazırda ölkəmizdə pambıq istehsalı və emalı ilə, əsasən, "MKT-İK" MMC, "P-Aqro" MMC və "Azərpambıq" MMC məşğul olur. Bir neçə xarici və yerli sahibkar da bu sahə üzrə yeni şirkətlər yaradırlar. Bu, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması baxımından təqdirəlayiqdir. Lakin şirkətlər arasında rəqabət, demək olar ki, hiss olunmur. Onların hər birində istehsal və alış qiymətləri, demək olar ki, eynidir. Bu yerdə qeyd edək ki, xam pambıqdan alınan mahlıcın və digər məhsulların qiymətləri dünya bazarında son illər əhəmiyyətli dərəcədə bahalaşmışdır. Bahalaşmayan pambığı yetişdirən əkinçinin əməyinə verilən qiymətdir. Bu səbəbdən adlarını çəkdiyimiz şirkətlər, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlar öz qərarlarını verməlidirlər. Axı pambıq yığımının başlanmasına çox vaxt qalmayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-07-2022, 14:33 Oxunub: 160
Bölməyə aid digər xəbərlər
11-07-2022, 19:30
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış edib
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
27-01-2022, 14:27
Şirkətlər fermerlərdən pambığın hər tonunu 650-750 manata alacaqlar
17-10-2021, 11:59
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - ARAŞDIRMA+FOTO
13-10-2021, 10:02
Türkiyə şirkətinin pambıq sortunun Azərbaycanda məhsuldarlığı gözləntiləri aşıb - FOTO, VİDEO
7-10-2021, 11:15
Üzüm bağlarında payız becərmələri-Fermerlərə tövsiyə
13-09-2021, 23:40
Toxum sərgi-satış yarmarkası yekunlaşıb
5-08-2021, 10:02
"Torpağı bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır"
31-07-2021, 11:44
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - FOTO/VİDEO
22-07-2021, 12:19
"Bu il əkin zamanı çətinliklər oldu, buna baxmayaraq çalışırq hədəfə çataq" - MÜSAHİBƏ
10-07-2021, 13:33
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
9-07-2021, 10:03
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda açıq sahədə pambıqçı fermerlərlə görüş keçirib
6-05-2021, 13:57
Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
22-04-2021, 11:37
Pambıqçı fermerlər üçün “Toxum dövlətdən, gübrə şirkətdən” kampaniyasına start verildi
13-12-2020, 11:49
Aqrar Sığorta Fondu əkin sahəsi və məhsulları necə sığortalayacaq?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO