Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ dolları avro və yen qarşısında ucuzlaşıb

Baxış: 327
ABŞ dolları avro və yen qarşısında ucuzlaşıb. Treyderlər ötən rübdə ABŞ iqtisadiyyatında mümkün ressesiyası ilə bağlı məlumatlara reaksiya verməkdə davam edirlər.
“Sahibkartv.az” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
Ötən gün 1 avro 1,0196 dollar idisə, artıq bu gün 1 avro 1,0218 dollara qalxıb.
Bundan başqa, dollar yen qarşısında da ucuzlaşıb. Belə ki, ABŞ valyutası 133 yenədək düşüb. Ötən gün bu göstərici 134,28 yen idi.
Dolların indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan 6 ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,46% azalaraq 105,87 bənd təşkil edib.
Ümumiyyətlə, həftənin əvvəlindən dollar avroya nisbətən cüzi - 0,07%, yen qarşısında isə daha ciddi 2,2% ucuzlaşıb. Dolların indeksi isə 0,8% aşağı düşüb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.