Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Taleh Kazımov: "Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək"

Baxış: 282


Taleh Kazımov
"Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır".
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir.
"Bu ilin sonuna baza amillərinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır", - o əlavə edib.
T. Kazımov bildirib ki, AMB bu ilin sonuna Azərbaycanda illik inflyasiyanı 12,5-12,8 % intervalında proqnozlaşdırır: "Son 2 ayda mövsümü amillərlə bağlı ərzaq qiymətlərinin azalmasını müşahidə edirik. Bundan başqa, logistika xidmətlərinin dəyəri də azalır, bu tendensiya davam etsə, biz proqnozlarımıza yenidən baxa bilərik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.