Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çavuşoğlu: “Orta dəhlizin, Azərbaycanın və Türkiyənin mövqeyinin əhəmiyyəti artır

Baxış: 304
“Son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Ankara qarşıdakı dövrdə Gürcüstanı da belə görüşlərə qatmaq istəyir.
“Biz logistika və enerji sahəsində birgə işləməliyik. Bu, regionumuzun iqtisadi inkişafı və sabitliyi, beynəlxalq bazarlar baxımından əhəmiyyətli və regionumuzun enerji bazasına çevrilməsi baxımından son dərəcə vacibdir”, - Çavuşoğlu deyib.
Bir neçə gün əvvəl Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri toplantısının keçirildiyini qeyd edən Çavuşoğlu bildirib ki, avqustun 2-də Türkiyə-Azərbaycan-Özbəkistan toplantısı təşkil olunacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.