Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızılın qiyməti düşüb

Baxış: 321



ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) ikigünlük iclasının yekunlarının gözlənildiyi bir zamanda qızılın qiymətində cüzi eniş qeydə alınıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0, 31%, yaxud 5,4 dollar ucuzlaşaraq 1 unsiyası 1 722 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,99% düşərək 1 unsiyası 18,433 dollar təşkil edib.
Çərşənbə günü FES-in qərarı açıqlanacaq. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq.
ABŞ-da monetar siyasətin sərtləşdirilməsi dollar üçün müsbət hal hesab olunur. Analitiklər hesab edirlər ki, iyul ayında qızılın qiyməti ABŞ dollarının məzənnəsinə əks dinamikada inkişaf edəcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.