Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

150 qarabağlı “Azərenerji”nin Qarabağdakı enerji obyektlərində işlə təmin edilib

Baxış: 231
Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.
Bu barədə “sahibkartv.az”a “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
"Enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “Azərenerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.
"Azərenerji”nin tikərək istismara verdiyi bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir. “Azərenerji” Prezidentin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək", - o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.