Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında qərar qəbul olunub.
"Sahibkartv.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir. Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.
Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.
Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Terminalı Limanı ərazisində aparılan əməliyyatlar üzrə “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarə edilməsi üzrə Prosedur Qaydalar”ı imzalanıb. Sənəd yüklərin emalı, əməliyyatların ardıcıllığı və müddətlərin sənədləşdirilməsi proseslərini tənzimləyir. Qərara alındı ki, digər sərhəd-keçid məntəqələrində də analoji sənəd qəbul olunsun.
Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib. Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.
Qeyd edilib ki, Şərq-Qərb və Şimal-Qərb istiqamətləri üzrə tranzit yükdaşımaları (boru istisna olmaqla) 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin eyni aylarında müvafiq olaraq 325 min ton (15% artım) və 873 min ton (205% artım) artaraq 2.5 milyon ton və 1.3 milyon ton olub.
2022-ci ilin yanvar-iyun ayları ərzində BTC neft kəməri boyunca 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkmənistan mənşəli neftin nəqli 746 min ton (155%) artaraq 1.2 milyon ton təşkil edib.
Yalama - Böyük Kəsik istiqamətində neft məhsulları (xüsusilə Qazaxıstan mənşəli neft məhsulları) dəmir yolu vasitəsilə eyni dövr ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 772 min ton (707% artım) artaraq 0.9 milyon ton olub.
İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb
Bölməyə aid digər xəbərlər
Tarix: 22-07-2022, 18:02 Oxunub: 173
Bölməyə aid digər xəbərlər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
16-05-2022, 12:22
Bakı Limanı: “Şimal dəhlizindən keçən yükün böyük bir həcmi mütəmadi olaraq Orta Dəhlizə yönələcək”
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
16-09-2021, 12:32
Elçin Quliyevdən Xəzərdə döyüş hazırlığı ilə bağlı tapşırıq - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO