Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda fəaliyyəti aktivləşmiş şirkətlərin sayı 20 % artıb

Baxış: 328


Azərbaycanda fəaliyyəti aktivləşmiş şirkətlərin sayı 20 % artıb
Bu ilin I yarısında Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 %, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,6 % artıb.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu il iyulun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 %-i səhmdar cəmiyyət (SC), 1,2 %-i kooperativ və s. formalarda yaradılıb.
Hesabat dövründə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 946 yerli investisiyalı MMC (2021-ci ilin eyni dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,1 % təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83 %-i “Asan imza” ilə təqdim olunub.
İyunun sonuna qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357 olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.