Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Özbəkistanda keçirilmiş aqrobiznes forumunda təmsil olunub

Baxış: 277


Azərbaycan Özbəkistanda keçirilmiş aqrobiznes forumunda təmsil olunub
Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Türkdilli Dövlətlərin aqrobiznes forumunda təmsil olunub.
"SAHİBKARTV.AZ"a daxil olan məlumata görə, ölkəmizi tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin rəsmiləri və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak edib.
Forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Komersiya Departamentinin direktor müavini İlqar Vahabov və Cəmiyyətin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin direktoru Səməd Nəbiyev də iştirak edib. Səfər çərçivəsində baramaçılığın və ipəkçiliyin inkişafı, birgə əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək perspektivlər ilə bağlı “Özbəkipaksanoat” Assosiasiyası, Özbəkistanın İpəkçilik üzrə Elmi Tədqiqat İnsitutu, ipək istehsal edən müəssisə, eləcə də Xorazim, Şəhrizad vilayətində barama və ipəkçilik sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirilib. İşgüzar görüşlərdə gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb, peşəkar kadrların mübadiləsi və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müvafiq təkliflər müzakirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.