Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanın Baş naziri BTQ-nin ölkəsi üçün önəmindən danışıb

Baxış: 197


“Gürcüstan loqistik mərkəz rolunun güncləndirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb avtomagistralı, Qara dəniz-Xəzər nəqliyyat marşrutu layihələrində iştirak edir”.
“Sahibkartv.az”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Daşkənddə Özbəkistanın Baş naziri Abdulla Aripovla keçirdiyi görüdə deyib.
Görüşdə Gürcüstanın Özbəkistan üçün ən mühüm nəqliyyat dəhlizlərindən biri olduğu vurğulanıb.
Tərəflər Özbəkistanın yerli məhsullarının Avropa bazarlarına çıxışı üçün Gürcüstanın nəqliyyat infrastrukturu və limanlarından istifadə imkanlarını da müzakirə ediblər.
Hökumət başçıları ticari-iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.