Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda vergi ödəyicilərinə vergi təşviqləri verilə bilər

Baxış: 292



Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsi imkanlarını nəzərdən keçirir.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində nazirlik yanında Dövlət Vergi Xidməti və İctimai Şura arasında görüş keçirilib. Görüşdə Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib.
Qarşılıqlı müzakirə şəraitində keçirilən tədbirdə növbəti il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri ilə yanaşı, ötən dövrlər ərzində aparılmış islahatların müsbət nəticələri barədə də İctimai Şura üzvlərinə ətraflı məlumat verilib. N.İmanov dəyişikliklərin əsas istiqamətlərindən olan investisiya mühitinin, eləcə də yerli istehsalın təşviqi üçün vergi yükünün azaldılması məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüş iştirakçılarına dəyişikliklər paketində sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması, habelə bir sıra inzibatçılıq müddəalarının dəyişdirilməsi kimi istiqamətlər barədə də məlumat verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.