Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 % artırıb



Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 678,7 milyon ABŞ dolları təşkil edib.
“Sahibkartv.az” xəbər verir ki, bunun 86 %-i və yaxud 45 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.07.202245 306,87 371,952 678,7
01.04.202245 264,07 136,552 400,5
01.01.202245 025,17 075,452 100,5
01.10.202144 226,47 033,851 260,2
01.07.202144 104,96 455,3

Tarix: 19-07-2022, 10:37 Oxunub: 131


Bölməyə aid digər xəbərlər