"2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub".
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
"Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kənd təsərrüfatında ola bilsin ki, iqlimlə bağlı ilk altı ayda artım hələ ki, müsbət zonadadır, lakin minimal müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artmışdır", - M.Cabbarov qeyd edib.
"Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə hazırda ölkəmizin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr - “SOCAR Karbamid”, “SOCAR Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzərində fəal iş aparılır. Bu qəbildən olan və Sizin tapşırığınıza uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi qeyd edə bilərəm. Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir.
Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur. Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir", - nazir vurğulayıb.
"İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb", - Mikayıl Cabbarov bildirib.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Mikayıl Cabbarov: "2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub"

Bölməyə aid digər xəbərlər

Tarix: 16-07-2022, 08:19 Oxunub: 171
Bölməyə aid digər xəbərlər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
13-05-2022, 19:11
Gəncə sənayesində 185 milyon manatlıq istehsal - ŞƏHƏRİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ AÇIQLANDI
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
25-04-2022, 18:39
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
29-07-2021, 14:11
İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTO
28-04-2021, 11:27
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə toplanan vergilərdə rekord
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
6-02-2021, 11:35
Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar- ARAŞDIRMA
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO