Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərenerji" əhaliyə xəbərdarlıq edib

Baxış: 284

“Azərenerji” ASC əhaliyə yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və yaxud tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə xəbərdarlıq edib.
“Sahibkartv.az” xəbər verir ki, qurum bu məqsədlə “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devizi altında videoçarx hazırlayıb.
Son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.