Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft bahalaşıb

Baxış: 317


Dünya bazarlarında neft bahaşıb. Bazarlar təklif perspektivləri gözləntisindədir. Bundan başqa, ABŞ-da ehtiyatlarla bağlı statistikanın açıqlanmasından sonra tələblə bağlı gözləntilər də diqqət mərkəzindədir.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,68% bahalaşaraq 100,25 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,55% artaraq 1 bareli 96,8 ABŞ dolları təşkil edib.
Dünyada mümkün resessiyanın baş verməsi ilə bağlı narahatlıqlar tələbə mənfi təsir göstərir.
Treyderlər ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistikanı qiymətləndirirlər. Məlumata görə, iyulun 8-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatları gözlənilmədən 3,3 milyon barel artıb. Analitiklər ehtiyatların 0,2 milyon barel azalacağını güman edirdilər.
Neft məhsulları ilə bağlı məlumatlar gözləniləndən pis olub. Belə ki, ölkədə benzin ehtiyatları 5,8 milyon, distillyat ehtiyatları 2,7 milyon barel artıb ki, bu da gözlənilənlərdən yüksəkdir. Həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 100 minədək azalıb və gündəlik 12 milyon barelə düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.