Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.
"Sahibkartv.az" xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.
Ümumiyyətlə, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.
Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, “Aİ-95” premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır.
Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.
Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır.
“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur.
Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.
Sahibkarlar üçün “Digital Twin” Sistemləri ilə Real Sınaq İmkanı Yaradıldı
19:17 / 26-04-2025
Sərmayəçilər üçün Startapların Etibar İndeksi Yaradıldı
18:51 / 26-04-2025
AI əsaslı “Franchise Uyğunluq Sistemi” Sahibkarlarda Marağa Səbəb Olub
18:20 / 26-04-2025
Sahibkarlara Öz Komandası Üzərində Liderlik Tərzini Ölçmək İmkanı Verildi
18:00 / 26-04-2025
Mikro-Bizneslər üçün AI əsaslı “Market Dinamika Paneli” Yaradıldı
17:49 / 26-04-2025
Yeni Layihə Menecmenti Sistemi Sahibkarları Dəqiq Proqnozlarla Təchiz Edir
17:29 / 26-04-2025
Sahibkarların Şəxsi Produktivliyini Ölçən Platforma Böyük Marağa Səbəb Oldu
17:00 / 26-04-2025
Müştəri Əlaqələri üçün “Davranış Kodu” Analizi Sistemi Sınaqdan Keçdi
16:45 / 26-04-2025
TikTok Alqoritminə Uyğun Reklam Yaradan AI Platforması İstismara Verildi
16:23 / 26-04-2025
Sahibkarlar üçün AI əsaslı “Bazar Fırsatı Radarı” Hazırlandı
16:00 / 26-04-2025
“Yaşıl” Bizneslərin Maliyyə Güzəştləri üçün AI Məsləhətçisi Tətbiq Olundu
15:47 / 26-04-2025
Sahibkarlar üçün “Sosial Dəstək Analiz Platforması” İstifadəyə Verildi
15:21 / 26-04-2025
Avtomatik İdeya Yoxlama Sistemi Sahibkarlara Yoldaşlıq Edir
14:43 / 26-04-2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
14:36 / 26-04-2025
Süni İntellekt İstehsalatda Zaman İdarəetməsini 40% Təkmilləşdirir
14:18 / 26-04-2025
Startaplar üçün “Zəif Nöqtə Analizi” Platforması Tətbiq Olundu
14:00 / 26-04-2025
Sahibkarlar üçün “Virtual Satış Məsləhətçisi” Dönəmi Başladı
13:45 / 26-04-2025
Mikrobizneslər üçün Avtomatik Risk Diaqnostikası Sistemi İstismara Verildi
13:16 / 26-04-2025
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
11:54 / 26-04-2025
Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
11:49 / 26-04-2025
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
11:06 / 26-04-2025
İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
10:55 / 26-04-2025
Ərdoğan Azərbaycana səfər edəcək
10:50 / 26-04-2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
10:42 / 26-04-2025
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
Bölməyə aid digər xəbərlər
Tarix: 13-07-2022, 08:21 Oxunub: 189
Bölməyə aid digər xəbərlər
11-07-2022, 13:01
Bahalaşan neftin qiyməti Azərbaycana necə təsir edə bilər?
18-06-2022, 11:48
Azərbaycan duru yağa olan tələbatını tam ödəyə biləcəkmi?
8-06-2022, 12:10
Niderlandda benzinin qiyməti yeni rekord həddə çatıbatları göstərir. Hazırda benzinin pər
24-04-2022, 11:30
Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb
21-01-2022, 09:10
Sürətli bahalaşma Manatın devalvasiyası üçün təzyiqləri artırır
20-11-2021, 15:38
Neftin hansı qiyməti Azərbaycan büdcəsi üçün təhlükəli ola bilər? - ŞƏRH
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
17-10-2021, 11:59
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - ARAŞDIRMA+FOTO
10-10-2021, 16:44
Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTO
25-09-2021, 21:25
Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?
16-09-2021, 18:20
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
16-09-2021, 09:58
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
14-09-2021, 21:33
Sabahdan “Aİ-95” və “Aİ-98” benzinin qiymətində dəyişiklik olacaq
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
28-04-2021, 12:38
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
21-04-2021, 13:42
SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA
22-12-2020, 08:28
Dünyada ərzaq niyə bahalaşır? Dünyada ərzaq niyə bahalaşır?