Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha bir bank DSMF-nin tenderində qalib oldu, 8,2 milyon manatlıq sifariş aldı

Baxış: 362



Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Sahibkartv.az xəbər verir ki, qalib şirkət "Azərbaycan Beynəlxalq Bankı" ASC-dir.
DSMF "Azərbaycan Beynəlxalq Bankı" ilə məbləği 8 milyon 238 min 216 manat olan müqavilə imzalayıb.
Xəbər verdiyimi kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb. Bu tendetin qalibi "Kapital Bank" ASC-dir.
Dövlət Sosial Müdafiə Fondu "Kapital Bank" ilə məbləği 8 milyon 932 min 644 manat olan müqavilə imzalayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.