Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızılın qiyməti 1 unsiya üçün 1 730 dollardan aşağı düşüb

Baxış: 342


Qızılın qiyməti 1 unsiya üçün 1 730 dollardan aşağı düşüb
Qızılın dəyəri 1 troy unsiyası üçün 1 730 ABŞ dollarından aşağı düşərək, il ərzində minimum həddə çatıb, dolların əsas dünya valyutaları qarşısında bahalaşması qiymətli metalın kotirovkalarının artmasının qarşısını alır.
“Sahibkartv.az” xəbər verir ki, bunu hərracın məlumatından görmək olar.
Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 4,4 dollar və ya 0,25% ucuzlaşaraq 1 727,3 ABŞ dolları olub. Bundan əvvəl isə hərracın gedişində göstərici 2021-ci ilin avqustundan bəri ən aşağı səviyyə olan 1 721,65 dollarına düşüb. Gümüşün sentyabr fyuçersləri 0,93% ucuzlaşaraq bir unsiya üçün 18,955 ABŞ dolları olub.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,38% artaraq 108,43 bənd təşkil edib. Bu göstərici 2002-ci ilin oktyabr ayından bəri ilk dəfə psixoloji hədd olan 108 bəndi üstələyib. ABŞ valyutasının möhkəmlənməsi qızılı başqa valyutada almaq imkanını azaldır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.