Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BVF-dən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları üzrə yeni proqnoz

Baxış: 254


BVF-yə görə, 2023-2027-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı 200 milyon dollar məbləğində olacaq.
Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 8 milyard 275 milyon dollara qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 7 milyard 75 milyon dollar təşkil edib. Bununla da 2022-2027-ci illərdə Mərkəzi Bankın ehtiyatları 17% artacaq.
Bu proqnozlar BVF tərəfindən Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə dərc edilib.
BVF-nin proqnozlarına görə, 2022-ci ilin yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 275 milyon dollar (2021-ci illə müqayisədə artım 2,8%) təşkil edəcək. Bununla yanaşı, 2023-2027-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı 200 milyon dollar məbləğində olacaq.
30 iyun 2022-ci il tarixinə AMB-nin valyuta ehtiyatları 7 milyard 371,9 milyon dollar məbləğində (I yarımillikdə artım 4,2%) qiymətləndirilirdi. 
“İnterfaks-Azərbaycan”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.