Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pərviz Şahbazov: “Bu il Azərbaycan 13,4 milyon ton neft ixrac edib”

Baxış: 203

İlk yarım ildə operativ məlumatlara əsasən Azərbaycanda hasil edilmiş 16,5 milyon ton neftin 13,4 milyon tonu ixraca nəql edilib. 

“Sahibkartv.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % artımla hasil edilib 23,4 miyard kubmetr qazın 11,2 milyard kubmetri ixrac olunub.
P. Şahbazov həmçinin bildirib ki, bu ilin ilk yarım ilində Azərbaycandan Avropaya 5,4 milyard kubmetr Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz ixrac olunub. 
Nazir vurğulayıb ki, bu dövrdə qaz ixracı 25,7 % artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.