Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırır

Baxış: 218


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti Azərbaycanda karbohidrogenlərin birgə kəşfiyyatı və hasilatı imkanlarını öyrənir.
“Sahibkartv.az” Özbəkistanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, iyulun 5-də SOCAR nümayəndələri ilə keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlığın bir sıra istiqamətləri müzakirə olunub.
Tərəflər xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində fəal əməkdaşlıq edirlər.
Belə ki, 2021-ci ilin sentyabr ayında “Özbəkneftqaz”ın mütəxəssislərinin Azərbaycana işgüzar səfəri zamanı SOCAR-ın proqram modullarının mərhələli tətbiqi ilə resursların idarə edilməsi sistemini, dispetçer idarəetmə sistemini, işlərin avtomatlaşdırılması, istehsal proseslərinin monitorinqi və nəzarəti sahəsində həlləri öyrəniblər.
Hazırda karbohidrogenlərin qabaqcıl emalı sahəsində təlimlərin təşkili məqsədilə SOCAR mütəxəssislərinin “Özbəkneftqaz”ın qaz-kimya komplekslərinə səfəri planlaşdırılır.
Görüş zamanı SOCAR nümayəndələri “Özbəkneftqaz”ın 10 mütəxəssisini şirkətin müəssisələrində ixtisasartırma kurslarına qəbul etməyə və 2 əməkdaşın SOCAR Ali Məktəbinin magistratura pilləsində təhsil alması üçün təqaüd ayırmağa hazır olduqlarını bəyan ediblər.
Müzakirələr zamanı Dubayda hər iki tərəfə yeni bazarlara daha fəal çıxmağa imkan verəcək treyding evinin açılması üzrə işlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Dövlət-özəl tərəfdaşlıq əsasında bərpa olunan enerjinin istehsalı üzrə iri layihələrin hazırlanması və həyata keçirilməsində SOCAR ilə təcrübə mübadiləsinin yaradılması, habelə müvafiq tenderlərin keçirilməsi barədə qərarlar qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.