Qəbələ Dəmir Yolu Vağzalının və Ləki-Qəbələ birtərəfli dəmir yolu xəttinin açılışından 1 ildən çox vaxt keçib.
Bununla belə, hələ ki, bu dəmir yolu ilə sərnişin daşımaları həyata keçirilmir.
Halbuki, hazırda turizm mövsümüdür və Qəbələ Azərbaycanın turizm destinasiyaları arasında ilk üçlükdə qərarlaşıb. Bəs görəsən yeni xəttin açılması nə zaman baş verəcək və gecikmələr turizm axınına necə təsir edəcək?
Turizm eksperti Samir Dübəndi hesab edir ki, qatarların ölkə daxilində fəaliyyəti, dəmir yol şəbəkəsinin inkişafı turizm üçün çox önəmli amildir: “Qatarla daha rahat və daha uzun məsafəyə səfər etmək mümkündür. Gəncə istiqamətində sürətli adlandırılan dəmir yolu xəttimiz var, düzdür bu qatar bir o qədər də sürətli deyil. Lakin turizmə töhfə verir. Hesab edirəm ki, ölkənin dəmir yol şəbəkəsini genişləndirmək və təkmilləşdirmək lazımdır. Bəzi yerlərdə dəmir reyslərinin dəyişdirilməsi, bəzi istiqamətlərdə isə yeni yolların salınmasına ehtiyac var. Düşünürəm ki, dəmir yolları yaxşı işləsə ölkədə turistlər üçün xeyli imkanlar yarana bilər. Biz turistlərin rahatlığını bununla təmin edə bilərik. Bununla yanaşı, avtomobil yollarında olan sıxlığı da aradan qaldıra bilərik”.
S. Dübəndi qeyd edib ki, Qəbələ son illər ölkədə inkişaf etmiş turizm destinasiyasına çevrilib: “Qəbələdə Beynəlxalq Hava Limanı da fəaliyyət göstərir. Bu hava limanının daha geniş və daha fərqli istiqamətlərdə aviareyslərin həyata keçirilməsi arzu ediləndir”.
Turizm eksperti Rəhman Hacıyev isə hesab edir ki, Qəbələyə qatarın işləməsi aşağı büdcəli turistlərin əlçatanlığına şərait yaradar: “Bu isə bölgəyə turist axınının genişlənməsinə səbəb olar. Bu gün Qəbələyə müxtəlif turizm marşrutları təşkil edilir. Lakin ölkədə və xarici turistlər arasında qatarla səyahət etməyə marağı olanlar çoxdur. Qatarların faəliyyəti Qəbələyə daha təhlükəsiz şəraitdə çatmağa imkan verər. Biz əvvəlki tarixə nəzər salsaq görərik ki, sovet dövründə turistlər qatarla hərəkət edirdilər. Bütün ölkə daxilində sanatoriyalara gedənlər əsasən qatarla hərəkət edirdilər”.
O vurğulayıb ki, bu gün Qəbələ həm yerli, həm də xarici turistlər üçün önəmli əsas məkandır: “Hazırda digər ölkələr üçün aviabiletlər pandemiyadan əvvəlki illə müqayisədə 2 dəfə bahalaşıb. Bu isə yerli turistlərin ölkədə qalmasına səbəb olub. Həmçinin, quru sərhədlər də bağlanıb. Hər il ölkədə çoxlu sayda insanlar Rusiyanın müalicəvi istirahət mərkəzlərinə üz tuturdular. Artıq onlar da ölkə daxilində istirahət etməyə önəm verirlər. Onu qeyd edə bilərəm ki, Qəbələ istiqamətində hotellərdə istirahət günləri, bayram günləri yer tapmaq çox çətindir. Bu baxımdan, Bakı-Qəbələ qatarın açılması zəruridir. Alternativ nəqliyyat vasitələrinin fəaliyyəti turizmin inkişafını şərtləndirən amillərdəndir”.
Bəs “Azərbaycan Dəmir Yolları” QSC bu barədə nə deyir?
"Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Qeyd edək ki, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. Bir qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatarlar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - QSC-dən bildirilib.
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?
Bölməyə aid digər xəbərlər
Tarix: 5-07-2022, 14:08 Oxunub: 254
Bölməyə aid digər xəbərlər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
16-05-2022, 12:53
Azərbaycanda yay turizminə hazırlıq necə gedir?
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
9-02-2022, 23:10
Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər? - VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
11-01-2022, 15:11
Daha 2 metro stansiyasının inşası sürətlə aparılır
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
30-10-2021, 20:15
Zəngəzur dəhlizi dünya araşdırmaçılarının diqqət mərkəzində - ŞƏRH
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
8-01-2021, 15:15
Bakı metrosunda pandemiya dövründə hansı işlər görülüb?
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO