Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"SOCAR Petroleum”: “Hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur”

Baxış: 255
Hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR Petroleum” QSC-dən bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Məlumata görə, bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir.
Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
“SOCAR Petroleum” QSC-nin 42 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.