Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstan buğda və arpa ixracına birillik qadağa qoyub

Baxış: 242
Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.
“Sahibkartv.az”ın yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.
Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.
Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir hissəsidir. Arpaya gəlincə, builki mövsümdə qonşu ölkədə 60 min ton məhsulun yığılacağı gözlənilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.