Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Hindistan ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

Baxış: 267
Azərbaycan və Hindistan arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan tərəfindən danışıqlarda Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov, Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Hindistan tərəfindən öz növbəsində, Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri və Hindistanın Azərbaycanda yerləşən səfirliyinin nümayəndəsi danışıqlara qatılıb.
Müzakirələrdə saziş layihəsinin açıq qalan “Preambula”, “Dividendlər” “Üstünlüklərin məhdudlaşdırılması” və Sazişin Protokol hissələri ilə bağlı məsələlər, həmçinin təcrübədə belə növ sazişlərin tətbiqi ilə bağlı yaranan çətinliklər müzakirə edilib. Bildirilib ki, Sazişin imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacaq, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılmasına effektiv münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edəcək.
Müzakirələr qarşılıqlı anlaşılma mühitində keçib. Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı açıq qalan bütün müddəaları üzrə razılıq əldə olunub

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.