Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Avropada enerji böhranının aradan qaldırılmasında iştirak edəcək

Baxış: 203



“Azərbaycan Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında öz rolunu oynayacaq”.
Bunu “Sahibkartv.az”a açıqlamasında Almaniyanın “Jebsen & Jessen” şirkətinin MDB ölkələri və Türkiyə üzrə satış direktoru Stefani Meyer-Sidov deyib.
“Müharibəyə görə başqa ölkələrin də Avropanın enerji təchizatına qoşulmaq imkanı var. Bildiyim qədər, Azərbaycanın Avropadadakı vəziyyəti yaxşılaşdırmağa kömək etməsi ilə bağlı artıq danışıqlar aparılır”.
O, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malik olduğunu da vurğulayıb: “Düşünürəm ki, ölkə iqtisadiyyatının köhnə neft-qaz iqtisadiyyatından yeni, yəni bərpa olunan enerji iqtisadiyyatına keçirilməsi planlaşdırır. Bu, Avropa ixracatçıları üçün çox vacibdir, çünki biz texnologiya ixrac edirik və Azərbaycanı yaxşı tərəfdaşımız kimi görmək istərdik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.