Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropanın yeraltı qaz anbarları 55% doldurulub

Baxış: 269

Avropa şirkətləri yeraltı qaz anbarlarını, təxminən, 55% doldurub.

“Sahibkartv.az” xəbər verir ki, bunu “Gas Infrastructure Europe”un (GIE) məlumatları təsdiqləyir.
Rusiyadan təbii qazın tədarükünə qoyulan məhdudiyyətlər, həmçinin ABŞ-ın iri mayeləşdirilmiş qaz zavodu olan “Freeport LNG”də aparılan uzunmüddətli təmir belə Avropa qaz anbarlarına bu enerji resursunun vurulması sürətinə hələ təsir göstərməyib.
Qeyd edək ki, Avropanın qaz anbarlarına vurulan təbii qazın ümumi həcmi, təxminən, 58,3 milyard kubmetrə çatıb.
“Nord Stream AG” operatorunun məlumatına görə, Rusiya təbii qazının “Şimal axını” kəməri ilə gündəlik nəqli əvvəlki günlərin səviyyəsində, yəni, təqribən, 64 milyon kubmetr səviyyəsində gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.