Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu il Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar 8 % artırılır

Baxış: 258

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 605 milyon manat səviyyəsində nəzərdə tutulur.

"Sahibkartv.az" xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, 2022-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 345 milyon manat və ya 8,1 % çoxdur.
Məlumata görə, Gömrük Komitəsinin xətti ilə daxilolmalarının artımına səbəb İqtisadiyyat Nazirliyi tərəfindən bu il üçün, habelə növbəti 3 il üçün ölkənin iqtisadi və sosial inkişafı üzrə proqnozların yenilənərək qeyri-neft sektoru üzrə ÜDM həcminin artması, cari ilin sonuna gözlənilən idxalın və inflyasiyanın artacağı, habelə cari ilin ilk 5 ayı üzrə DGK-nın xətti ilə təmin edilən daxilolmaların proqnozdan 344,4 milyon manat və ya 20 % çox olması ilə bağlıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.