Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Baxış: 246
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb.
"Sahibkartv.az" KOBİA-ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsinə və KOB Korporasiyasına təcrübə səfərinə dair fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.