Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: "Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir"

Baxış: 259


Mikayıl Cabbarov
Qloballaşma dövründə iqtisadiyyatın transformasiyası, resurslardan səmərəli istifadə, dayanıqlı və davamlı artım, vergi öhdəliklərinin ədalətli prinsiplər üzərində qurulması və bərabər imkanların yaradılması ilə bağlı müzakirələrin yer aldığı “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Forumda aparılan müzakirələr qlobal çağırışları qarşılamaq üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini göstərir", - o qeyd edib.
Qeyd edək ki, Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Forum işini bu gün başa çatdıracaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.