Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BMT rəsmisi Azərbaycanın təşəbbüsü ilə Gənclər Şəbəkəsinin yaradılmasını təqdir edib

Baxış: 166



BMT rəsmisi Azərbaycanın təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsisatını təqdir edib.
Bu barədə “Sahibkartv.az”a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
ADA Universitetində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru, BMT Baş katibinin müavini Tatyana Valovaya Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri və ADA Universitetinin tələbələri ilə görüşüb.
T.Valovaya çıxışında müasir dünyanın qarşılaşdığı çoxsaylı çağırışlar, o cümlədən iqlim dəyişikliyi, COVID-19 pandemiyası nəticəsində daha da kəskinləşən sosial və iqtisadi çağırışlar, qida təhlükəsizliyi, BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində səylərin gücləndirilməsinin vacibliyi barədə danışıb. Qlobal çağırışların öhdəsindən gəlmək üçün qlobal həll yollarının tələb olunduğunu qeyd edən baş direktor dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların, akademik dairələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin iştirakı ilə çoxtərəfli sistemin vacibliyinə diqqət çəkib. T.Valovaya qlobal çağırışların həlli üzrə müzakirələrdə gənclərin iştirakının vacibliyindən danışarkən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edildiyini təqdir edib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.