Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”

Baxış: 219

“Azərbaycanın bir neçə illik inkişaf planları var və bu planlar heyranlıq doğurur”.

“Sahibkartv.az” xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
"İrəliləmək üçün müəyyən inkişaf planına malik olmaq lazımdır və Azərbaycanın belə bir planı var. Bu plana bərpa olunan enerji mənbələrindən istifadə də daxildir", - o deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropaya tədarükün artırılması imkanları ilə bağlı digər ölkələrlə inteqrasiya edir.
Plevneliyev Ukraynadakı vəziyyətə də toxunaraq bildirib ki, bu müharibəyə son qoymağın yalnız 1 yolu var və bu yol dayanıqlı sülh müqaviləsinin imzalanmasıdır. O qeyd edib ki, forum çərçivəsində bir araya gələnlər bu prosesə necə töhfə verə biləcəklərini müzakirə edəcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.