Day, Month 00, Year
00: 00: 00 AM
Tağı Əhmədov vəfat etdi

22:12 / 18-10-2024

Bu fəaliyyətin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək

Bu fəaliyyətin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" Fərman imzalayıb.
Sahibkartv.az xəbər verir ki, Fərman “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar qərara alınıd.
Fərmana görə, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Fərmanda deyilir:
-Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
-Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etsin.
- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.


Tarix: 15-06-2022, 13:00 Oxunub: 99


Bölməyə aid digər xəbərlər