Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əmlak Məsələləri Dövlət Xidməti 5 ayda büdcəyə 28 mln manat vəsait köçürüb

Baxış: 311

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 28 milyon manat vəsait köçürüb.

"Sahibkartv.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 5 aylıq ödənişin 17,7 milyon manatı özəlləşdirmə, 10,3 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 33 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb.
Ötən 5 ayda 1 539 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 393-ü qeyri-yaşayış, 1 146-sı isə torpaq sahələrinə aid olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.