Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır

Baxış: 302

İyunun 22-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyunun 29-da isə “Texnikabank” ASC-nin daşınar və daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

"Sahibkartv.az" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Atabank”a məxsus 1 ədəd "ProLiant DL360 Gen9" markalı server avadanlığından və “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən 284,4 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 1,6 min manat və 60 min manat qiymət qoyulub.
Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2020-ci ildə, “Texnikabank”ın lisenziyası isə 2016-cı ildə ləğv edilib.
Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atabank” isə 2000-ci ildə yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.