Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada təbii qazın qiyməti 15%-dən çox artıb ENERGETİKA

Baxış: 285
Avropa bazarında qazın qiyməti min kubmetr üçün 1000 ABŞ dollarını ötüb.
“Sahibkartv.az” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 970 dollarla başlasa da, sonradan artaraq 1017,9 dollara çatıb. Bu isə ötən günlə müqayisədə 15,9% daha artıqdır.
Xatırladaq ki, ABŞ-da yerləşən “Freeport LNG” zavodunda baş vermiş partlayış səbəbindən müəssisədə işlər azı 3 həftəlik dayandırılıb. Zavod ABŞ-da istifadə edilən sıxılmış təbii qazın, təxminən, 20%-ni emal edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.