Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan EBRD ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalayıb

Baxış: 290

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında memorandum imzalanıb.

"Sahibkartv.az" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" hesabında yazıb.
"İmzalanmış memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkədə özəl sektorum inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək", - nazir bildirib. 
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru və həmkarları ilə onlayn şəkildə keçirilən görüşdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri və nəzərdə tutulan yeni layihələr müzakirə edilib.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı artıq 30 ildir ki Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günədək bank respublikada 181 layihənin maliyyələşdirilməsi üçün 3,4 milyard avro ayırıb.
2019-cu ildə Azərbaycan Texniki Yardım Fondunun və Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığın hər birinə 2 milyon ABŞ dolları ianə etməklə EBRD-nin donorları sırasına daxil olub. Hazırda EBRD Azərbaycanda qeyri-neft sektorunun inkişafına köklənib və ölkənin “yaşıl” iqtisadiyyatına investisiya həcmlərini artırmaqdadır

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.