Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Niderlandda benzinin qiyməti yeni rekord həddə çatıbatları göstərir. Hazırda benzinin pər

Baxış: 325

Niderlandda neftin bahalaşması fonunda benzinin qiyməti yeni rekord həddə çatıb.

“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu Niderlandın “United Consumers” istehlakçı konsaltinq mərkəzinin məlumatları göstərir.
Hazırda benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2,504 avro təşkil edir. Amma bəzi yanacaqdoldurma məntəqələrində benzinin 1 litri hətta 2,55 avroya satılır. Demək, benzin martın 10-da qeydə alınan əvvəlki rekordla müqayisədə 0,2 sent bahalaşıb.
Niderlandda dizel yanacağının qiyməti də artıb. Hazırda onun 1 litri 2,22 avrodur.
Qeyd edək, bu ölkədə yanacağın qiymətinin artması əsasən neftin bahalaşması ilə bağlıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.