Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunub

Baxış: 248
ABŞ-da Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivlərinə həsr edilən dəyirmi masa keçirilib. 
“Sahibkartv.az”ın məlumatına görə, müzakirlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və mərkəzin üzvləri iştirak ediblər. 
Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.