Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadiyyat Nazirliyi azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə çağırış edib

Baxış: 225
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən və göstərəcək şirkətlər "Yaşıl zona" prinsiplərinə uyğun bunu həyata keçirməlidirlər.
"Sahibkartv.az" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.
O deyib ki, azad edilmiş ərazilərin təbiətinə görə "Yaşıl zona" adlandırılıb: "Bu ərazilərə dəvət edilən şirkətlər, orda layihələr həyata keçirəcək şirkətlər "yaşıl zona" prinsiplərinə istinad etməlidirlər".
Nazir müavininin sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkədə bizneslə məşğul olmaq istəyən investorlar üçün əlavə imkanlar yaradır: "Biz azad edilmiş ərazilərdə genişmiqyaslı, o cümlədən, iqtisadi və infrastruktur layihələri həyata keçiririk.
Biz xarici investorları, o cümlədən qardaş Pakistanı bərpa işlərinə cəlb etmək üçün əlverişli şərait yaradırıq".
S. Məmmədov, həmçinin qeyd edib ki, Azərbaycanda sənaye zonaları fəaliyyət göstərir: "Sənaye zonaları sahibkarlar üçün güzəştlər təklif edir. Sahibkarların yerli və ya xarici olması fərq etmir, güzəştlərdən hər birisi yararlana bilər. Bu da ölkənin iqtisadiyyatına investisiya yatırmaq üçün bir imkandır. Pakistan şirkətləri də burda fəaliyyət göstərə bilərlər".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.